
2025 WRC mətbuat açıqlaması (Press reliz)
Azərbaycanda Dünya Robot Çempionatının (WRC) Azərbaycan üzrə Finalı keçiriləcək.
Bakı, 28-29 iyun 2025-ci il – Bakı İdman Sarayında keçiriləcək Yeniyetmə və Gənclər arasında Dünya Robot Çempionatının (WRC) Azərbaycan üzrə final mərhələsi texnologiya və mühəndisliyə maraq göstərən yüzlərlə gənci bir araya gətirəcək.
Tədbir Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA) dəstəyi və Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının (AREA) təşkilatçılığı ilə baş tutacaq.
Bu beynəlxalq yarış, 50-dən artıq ölkədən 2500-dən çox komandanın qatıldığı Dünya Robot Çempionatının (World Robot Championship) bir hissəsidir. Azərbaycanda keçirilən milli final mərhələsində 20 region, 14 universitet və 100-dən çox məktəbdən seçilmiş 760 iştirakçı arasından 120 komanda (360 iştirakçı) finalda qalibiyyət uğrunda mübarizə aparacaq.
Çempionat çərçivəsində ziyarətçiləri aşağıdakı yeniliklər gözləyir:
✅Robot döyüşləri
✅Dron yarışları
✅Aviamodel təyyarələrin nümayişi
✅Lütfizadə qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan xətti izləyici robotlar
✅Robot Futbolu
Bu tədbir yalnız bir yarış deyil, əsl texnologiya festivalıdır və ölkənin mühəndislik və innovasiya potensialını nümayiş etdirəcək.
Giriş ödənişsizdir. Lakin yerlər məhdud olduğuna görə tədbirə yalnız öncədən qeydiyyatla iştirak mümkündür.
Əlavə məlumat üçün: Instagram: @wrcazerbaijan